İCRA BAŞÇISI sakinlərlə növbəti SƏYYAR GÖRÜŞÜNÜ KEÇİRDİ...
Rayon sakinlərinin qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması, onların təklif və rəylərinin dinlənilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən sakinlərin mütəmadi səyyar qəbulları keçirilir və müvafiq tədbirlər görülür. Növbəti səyyar qəbul-görüş 30 aprel 2018-ci il tarixində Q.Qarayev 105, 107, 109, 115, 119 və 121 saylı ünvanlarda yaşayan sakinlərlə keçirilib. Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Qəbulda sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, liftlərin, istilik sisteminin, eyvanların təmir edilməsi və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər. Müraciətlər dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.