"SOCAR" 167 min manat borcunu ödəmədiyi üçün maaşlarını ala bilmirlər — QALMAQAL

"SOCAR" 167 min manat borcunu ödəmədiyi üçün maaşlarını ala bilmirlər — QALMAQAL

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “İnterfax-Azerbaijan” informasiya agentliyinə 167 min manat borcu olması iddia olunur. Bununla əlaqədar “İnterfax-Azerbaijan” informasiya agentliyinin ixtisara düşən əməkdaşları adından “Ölkə.az”-a məktub daxil olub.

Həmin məktubda deyilir:

“Peşəkarlığınızı nəzərə alaraq bu məktubu məhz sizə göndərmək qərarına gəldim. Sizə şəxsi təşəbbüsümlə "İnterfax-Azerbaijan" informasiya agentliyinin ixtisara düşmüş əməkdaşları adından yazıram. Belə ki, biz, aprel ayının 12-də tutduğumuz vəzifədən azad edilmişik (ixtisara düşmüşük). Ümumilikdə - 4 nəfər aprel ayının 12-də ixtisara düşüb.

Bundan əlavə 5 nəfər aprel ayının 1-dən məcburi olaraq ödənişsiz məzuniyyətə göndərilib və çox güman ki, məzuniyyətdən qayıtdıqda işdən azad ediləcəklər. Bununla yanaşı agentliyin 5 regional müxbiri ilə də əməkdaşlığa xitam verilib.

Buna baxmayaraq bizim işdən azad edilməyimiz bir sıra qanun pozuntuları ilə müşayiət olunub. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "İnterfax-Azerbaijan"-a ötən ilin sentyabırından 167 min manat borcu olduğu üçün, kollektivimiz 2016-cı il fevral ayından əmək haqqı almır. Bu azmış kimi, biz işdən azad ediləndə müqavilənin şərtlərinə uyğun olaraq nə əmək haqqımız, nə də nəzərdə tutulan kompensasiya bizə ödənilməyib. Bunu şirkətdə "pul yoxdur" deyə izah edirlər.

SOCAR Prezident İlham Əliyevin tapşırığına zidd hərəkət edir. Prezident deyir dövlət şirkətlərində yeni iş yerləri açılsın, amma buna əks olaraq SOCAR törəmə şirkətlərində ixtisarlar aparır”.






Fikirlər