“ŞƏHİDLƏR MƏSCİDİ” İSTİFADƏYƏ VERİLDİ

Uzun fasilədən sonra Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi” bu gün yenidən istifadəyə verilib. 

Bu barədə məsciddə ibadət edənlər məlumat verib.    
Məscidin yenidən açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin dini işləri müşaviri və digər səlahiyyətli nümayəndələri, o cümlədən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli iştirak edib, birlikdə ibadət ediblər.   
Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məscədin bundan sonrakı fəaliyyətinə birlikdə nəzarət edəcəklər.   
Qeyd edək ki, təmir işləri aparıldığı üçün 2008-ci ildən məscidin fəaliyyəti dayandırılmışdı. 

 






Fikirlər