Cəlilabad təhsilində "AÇIQ BAZAR" : Mikayıl Cabbarov isə SUSUR!

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovanın “bazar” əməliyyatı ilə bağlı dosye.org-a maraqlı məlumat daxil olub.

Məlumatda bildirilir ki, RTŞ-nin müdiri E. Nadirova vəzifə səlahiyyətlərindən öz şəxsi maraqları üçün istifadə edir. Belə ki, təhsil şefi maaş kartlarını və orta məktəb direktorlarından aylığ tələb etməsi olduqca maraqlıdır. Baxmayaraq ki, əvvəllər Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Görünür, işlədiyi dövürdə “adət-ənənəni” layiqincə yerinə yetirən Elminaz Nadirova, bu gün özü rəhbər funksiyanı yerinə yetirir. Necə deyərlər “Başına gələn, başmaqçı olar”.

Elminaz Nadirova direktor işlədiyi dövürdə bir neçə maraqlı hadisələrlə gündəmə gəlmişdir. Xatırladaq ki, AXCP fəallarından olan Təzəxan Mirələmlinin oğlunun başına gələn hadisələrin təşkilatçısı kimi məhz indiki RTŞ-nin müdirinin olduğu bildirilir. Bu barədə ölkə mətbuatı kifayət qədər məlumatlar yayımladı.

Məsələnin ən maraqlı tərəfi odur ki, Elminaz Nadirova orta məktəb direktorlarından aylıq haqq tələb etməsidir. Mənbənin iddialarına görə, rayonun mərkəzində olan məktəblər 600 manat, kənd məktəbləri isə 400 manat “şapka” ödəyir. Lakin yığılan pulların kimə ötürülməsi barədə heç bir məlumat verilmir. Əslində Elminaz Nadirova təhsil şöbəsini zəbt etmək üçün kifayət qədər xərcə düşüb. Yaxınlarının dediyinə görə, vəzifəni satın alan şöbə müdiri artıq yuxarıları razı salmağa çalışır.

İddialara inansaq yığılan vəsaitdən Təhsil naziri Mikayıl Cabbarova verildiyi istisna edilmir. Əks təqdirdə ünvanlanan şikayətlərə və ölkə mediasında yazılan tənqidi məqalələrə yuxarı səviyyədə reaksiya verilməli idi. Növbəti yazılarımızda Elminaz Nadirovanın kimə arxalandığı haqda məlumat veriləcək. Biləcəksiniz ki, gələcəyimiz olan təhsil kimlərin gəlir mənbəyinə çevrilib.

Bizi izləməyi unutmayın.






Fikirlər