Ali Məhkəmə Əli İnsanovun İŞİ İLƏ BAGLI qərar qəbul etdi

Ali Məhkəmə Əli İnsanovun işi ilə bağlı qərar qəbul etdi

Bu gün Ali Məhkəmədə keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun kassasiya şikayətinə baxılıb.

 AzerTaym.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

İclasda iştirak edən Ə. İnsanov bildirib ki, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Qeyd edək ki, Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxıb. 

Məhkəmə qərarına əsasən, Ə. İnsanova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələri pozulub. 

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Əli İnsanovun işinə yenidən baxıb. 

Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Lakin məhkəmə Əli İnsanov barədə hökmü qüvvədə saxlayıb. 

Bundan sonra ötən ilin mayında Ə. İnsanovun vəkilləri həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər.






Fikirlər