“Vurulmuş” MTN GENERALI DANIŞDI: -"Kim nə verib, kim nə alıb?"

Dünən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin rüşvət ittihamı ilə həbs olunacağına dair məlumat yayıldı. Xatırladaq ki, həmin məlumatda  bildirilir ki, Eldar Mahmudovun “vurulmasından” sonra təqaüdə göndərilən general artıq istintaqa dəvət olunub. Əlimusa Əliyevin istintaqa dəvət olunmasına səbəb isə vaxtilə nazirliyə işə qəbul prosesində rüşvət hallarıdır. 

Məlumatda bildirilir ki, MTN-də işə düzəlmək üçün rüşvət verən amma gözləmə mövqeyində olan bir neçə nəfər son olaylara görə, işə qəbul edilməyib. Pulları mənimsənilən həmin vətəndaşlar isə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan başqa rüşvət verib, yeni işə qəbul olunan şəxslərin də ifadələri alınıb.
Beləliklə AzerTaym.az Əlimusa Əliyevlə müsahibəni təqdim edir:
-İstintaqa cəlb olunmusunuzmu? Həbs olunacağınıza dair iddialar nə dərəcədə doğrudur?
-Mən cinayət törətməmişəm ki, məni də həbs etsinlər. Kim bu xəbəri yayır? Belə bir şey yoxdur, yalandır. Mənim telefonumu haradan almısınız…?
-Siz MTN-də Kadrlar Baş İdarəsinin rəisi olmusunuz. Sirr deyil ki, Eldar Mahmudov nazirliyi bazara çevirmişdi. MTN-nə işə girmək üçün qabiliyyət yox, pul vacib şərt idi. Bu bir reallıqdır və təkizb edə bilməzsiniz...
-Mənim heç nədən xəbərim yoxdur. Kim pul verib, kim alıb. Bunlar mənlik deyil. Mənə belə sual verməyin…
-Eldar Mahmudovun nazir təyinatından sonra nə qədər vakant yerə adam götürülüb?
-Mən sizə cavab verməyəcəm. Məni bu işlərə qatmayın. Ortada iş gedir, araşdırılır.
-Eldar Mahmudovla əlaqəniz varmı? Sabiq naziriniz olub, uzun illər birlikdə çalışmısınız?
-Xeyr, heç bir əlaqəm yoxdur. 9 aydır ki, təqaüdə çıxmışam, oturmuşam evimdə.(Gununsesi.info)






Fikirlər