Xətai rayonunda "Düz-Çörək" kafesində " Çək nəşəni qoy tüstüsü dağlara yayılsın"- ŞOK

Son günlər Bakı şəhərində və ətraf rayonlarda  fəaliyyət göstərən restoranlar və kafelər barəsində dosye.org-a məlumatlar daxil olur.

Etiraf edək ki, istər restoranlarda, istərsədə kafelərdə vergi problemi və əmək müqaviləsi olduqca qlobal məsələyə çevrilib. Elə götürək Xətai rayonu, Babək pr. Bina 1 ilə üz-üzə “Düz-çörək” kafesini. Kafenin fəaliyyəti olduqca rüsvayedicidir. Kassa aparatının olmadığı gün kimi aydındır. Bunlardan əlavə işçilərlə əmək müqaviləsi bağlanılmaması və digər neqativ haların baş verdiyi bir məkanda hansı “düz-çörək”dən söhbət gedə bilər? Digər tərəfdən sahibkarın vergidən yayınmasına birbaşa şərait yaradan məhz vergilər nazirliyinin əməkdaşlarıdır.

Əldə etdiyimiz məlumatlara görə “Düz-çörək” kafesində gündəlik alış-veriş 400-500 manat aralığında olur. Lakin sahibkarın göstərdiyimiz məbləğ qarşısında vergidən yayınması isə başadüşülən deyil. Apardığımız araşdırmalar bird aha sübüt etdi ki, sahibkar könüllü vergidən yayınmır. Əslində, yuxarıda qeyd etdiyimiz faktlar iki versiyadan qaynağlanır. Birinci versiya ondan ibarətdir ki, Vergilər Nazirliyinin və Əmək Müfəttişliyinin əməkdaşları həvalə olunan öhtəlikləri layiqincə yerinə yetirmirlər.

İkinci versiya ondan ibarətdir ki, qeyd etdiyimiz kimi yəni bütün qanunsuzluqlar barədə iki qurum rəhbərliyinə məlumat verilmir. Deməli, vergi əməkdaşları vəzifə səlahiyyətlərindən sui istifadə edərək neçə-neçə obiyektlərin vergidən yayındırır. Yox, əgər yazdıqlarımızı qarşı tərəf təkzib edərsə, deməli dövlətin etibar etdiyi şəxslər qanunu kobud şəkildə pozur.

Dosye.org-ın əldə etdiyi digər bir şok doğuracaq məlumat daha acınacaqlıdır. Mənbəmizin iddialarına görə, kafedə iş saatı bitdikdən sonra rəhbərlik və digər şəxslər narkotikdən istifadə edir. İndicə əldə etdiyimiz dəqiq məlumatlara görə, “Düz-çörək” kafesinə rəhbərlik edən İsmayıll adlı şəxsdir. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məlumatları yayımlamırıq. Amma məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə və Əmək Müfəttişliyinə rəsmi məktub ünvanlanacaq.






Fikirlər