“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Elşad İskəndərova necə kömək edib???-

image here

“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədov Elşad İskəndərova necə kömək edirmiş???
..."Təzadlar" ötən sayında qeyd etmişdi ki, redaksiyaya adının çəkilməsini istəməyən mənbənin təqdim etdiyi sənədlər tərəfimizdən araşdırılmaqdadır... Bu gün maraqlı nəticələr ortaya çıxdı... Yeri gəlmişkən, ötən yazımızda Elşad İskəndərovun atası Hüseyn İskəndərova aid müəmmalı bank hesabı haqqında məlumat vermişdik. Söhbət 21 avqust 2015-ci il tarixində iflasın eşiyində olan "Texnikabank"da Hüseyn Əli oğlu İskəndərov (AZE 04002839) adına açılmış 2202362 saylı əmanət hesabından gedirdi. Hər şey qanuni olduğu qədər təəccüblüydü də. Ağlı başında olan bir insan müflis olan bir banka niyə pul qoyar, görəsən? Rəsmi sənədlərdəki məlumatları biraz araşdırdıqdan sonra məsələnin təxmin etdiyimizdən də ciddi olduğu ortaya çıxdı. Məlum oldu ki, eyni tarixdə Elşad İskəndərovun sadəcə atasının adına deyil, anası Zərifə İskəndərovanın, əmisi Kazım İskəndərovun, dayısı Mir Cəfər Dadaşovun, o cümlədən əmisi və dayısı uşaqlarının adlarına da əmanət hesabları açılıb. Nəticədə Elşad İskəndərovun yaxın qohumlarının adına açılmış 13 əmanət hesabına, hər birində 28000 (iyirmi səkkiz min) ABŞ dolları olmaqla, ümumilikdə 364000(üç yüz altmış dörd min)ABŞ dollarıməbləğində vəsait qoyulub. Hamısı eyni tarixlərdə: 21 və 24 avqust 2015-ci ildə. Hamısında eyni məbləğ: 28000 ABŞ dolları. Bəs niyə məhz 28000 dollar? 
“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Elşad İskəndərova necə kömək edib???-YENILƏNİR
Niyəsi daha sonra. Əvvəlcə məsələnin məğzini izah edək. Maraqlıdır ki, eyni tarixlərdə Elşad İskəndərovun rəhbərlik etdiyi İslam Konfransı Gənclər Forumunun "Texnikabank"ın "Mərkəz" filialındakı IBAN AZ13TECI39020018402132200001 USD və IBAN AZ76TECI39020038402132200001 USD cari hesablarından da məhz 364000 (üç yüz altmış dörd min) ABŞ dolları məbləğində vəsait silinib. Guya 300-400 manata görə əmanətçilərdən qaçan Texnikabank rəhbərliyi İslam Konfransı Gənclər Forumuna 364000 ABŞ dolları pul ödəyib. Ötən yazımızda da qeyd edildiyi kimi 2012-2014-cü illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “radikalizm əleyhinə” bütün layihələri Elşad İskəndərovun birbaşa təsir dairəsində olan qurumlar tərəfindən icra edilirdi. Yəni Elşad İskəndərov pulu bir cibindən götürüb digər cibinə qoyurdu. Söhbət yüz minlərdən gedir. Ən çox layihə alan qurum isə İslam Konfransı Gənclər Forumu idi. Diplomatik toxunulmazlığı olan bu qurumun bank hesablarını Elşad İskəndərov müvəqqəti kassa kimi istifadə edirdi. Dövlət büdcəsindən mənimsənilən kirli pullar bir müddət İKGF-nin hesablarında saxlanılır, daha sonra isə “ümmətin gənclərini maarifləndirmək üçün” dövriyyəyə buraxılırdı. Elşad İskəndərov dəzgahı yaxşı qurmuşdu. Sadəcə olaraq baş nazirlik sevdasına mübtəla olduğu bir dövrdə “vaxtsız vurulacağını” gözləmirdi. Atalar yaxşı deyib: Sən saydığını say, gör fələk nə sayır. Nəticədə Dövlət Komitəsindən qovulmağı bir yana qalsın, İslam Konfransı Gənclər Forumunun Azərbaycandakı nüfuz qalxanı da Elşad İskəndərovun iç üzünü görür və öz kölgəsini onun üzərindən çəkir. Artıq “Xocalıya Ədalət” kampaniyası praktiki olaraq bu qurumun sərəncamından alınmış, Elşad İskəndərov öz vətənində qeyri-rəsmi olaraq “persona non grata” elan edilmişdi. Belə bir şəraitdə vaxt itirmədən İslam Konfransı Gənclər Forumunun hesabındakı kirli pulların götürülməsi labüd idi. Ancaq köhnə sədr “işin razqar” vaxtında "Texnikabank"ın müflisləşəcəyini hesablamamışdı. Nə etmək olardı? Maarifləndirmə, islam və radikalizmlə mübarizə adı altında vətəni Azərbaycana xəyanət edən, Xocalı şəhidlərinin ruhunu pul qazanmaq üçün vasitəyə çevirən Elşad İskəndərovun dadına yenə FETÖ məntiqi çatır. Necə deyərlər, məqsədə aparan bütün yollar mübahdır. Elşad İskəndərov bu dəfə öz maddi maraqları üçün doğma anasının adından istifadə etməyə qərar verir. 

“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədov Elşad İskəndərova necə kömək edirmiş???

Beləcə, kağız üzərində aparılan əməliyyatla İslam Konfransı Gənclər Forumunun hesabındakı pullar silinmiş və Elşad İskəndərovun qohumlarının adına açılmış hesablara qoyulmuşdur. Texnikabankın yaxın zamanda müflis olduğunu açıqlayacağı məlum idi və belə olduğu təqdirdə şəxsi hesablardakı əmanətlərin sığorta çərçivəsində ödəniləcəyi bank rəhbərliyi ilə razılaşdırılmışdı. Qoyulan əmanətlərin 28000 ABŞ dolları olmasının səbəbi də məhz bu idi. Çünki iflas etmiş bir bankdakı əmanətlərin o günün məzənnəsi ilə ancaq 28000 dollarlıq məbləği sığorta tərəfindən ödənilə bilərdi.
Onu da qeyd edək ki, sözügedən bank hesablarının açılmasına dair müqavilələr "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru Əhməd Məmmədov oğlu tərəfindən imzalanıb. Əhməd Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğludur. Gəminin artıq batdığını görən Əhməd Məmmədov bu əməliyyatlardan cəmi 2 gün sonra, 26 avqust tarixində vəzifəsindən istefa edib və daha sonra “Azər-Türk Bank” ASC-yə flial direktoru olaraq təyinat alıb. Eyni zamanda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır. Bir sözlə arxası var ki, belə əməllərə şərik olub. 
Pulların sonrakı taleyi bizə məlum deyil, hər halda çoxdan Elşad İskəndərovun cibinə girib. Görəsən, öz şübhəli maliyyə əməliyyatlarını yalanlarla ört-basdır etməyə çalışan Elşad İskəndərov bunlara nə don geyindirəcək? Vətən deyə-deyə Azərbaycan dövlətindən pul oğurlayan, islam deyə-deyə bu ümmətin gənclərinin haqqını şəxsi məqsədləri üçün qəsb edən Elşad İskəndərov yaxşı olardı ki, bütün bu məsələlərə aydınlıq gətirsin və günahını etiraf edərək ictimaiyyətdən üzr istəsin. Çünki çətin də olsa bunları izah etmək mümkündür. İzah edilməsi daha müşkül olan, ədəb və əxlaq çərçivəsinə sığmayan münasibətlərə dair faktlar hələ qabaqdadır... 
 
“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Elşad İskəndərova necə kömək edib???-YENILƏNİR
“Azərsığorta”nın sədri Məmməd Məmmədovun oğlu Elşad İskəndərova necə kömək edib???-YENILƏNİR






Fikirlər