Aydın Abbasovdan Elmar Vəliyevə mesaj: “Əmimə kim maneçilik göstərə bilər ki?”

121bc1437048689_0001

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, Gəncənin keçmiş deputatı Aydın Abbasov Məhəməd Əmin Rəsulzadənin abidəsilə bağlı bir müddət əvvəl baş vermiş xoşagəlməz hadisəni pisləyib.

A.Abbasov Rəsulzadənin Gəncə şəhərindəki büstünə çuval keçirilməsini yolverilməz hadisə adlandıraraq, dolayısı ilə bu olaya göz yuman şəhər rəhbərliyini “vurub”: “.. məsələnin Milli Məclisdə də müzakirələrə çıxarıldığını bilirəm. Xatırlayıram ki, bu iş həmin vaxt öz həllini tapmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, Rəsulzadənin büstünün ətrafında təmir işləri gedir. Təmir işləri başa çatdıqdan sonra həmin problem öz həllini tapdı. Rəsulzadə Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Belə bir şəxsin adı ətrafında mənfi faktların ortaya çıxması bizim millətə baş ucalığı gətirməz.

Biz tarixi şəxsiyyətlərimizi, keçmişimiziunutmamalıyıq. Öz şəxsiyyətlərimizə Azərbaycan üçün gördüyü işlərə görə qiymət verməliyik. İnsanların şəxsi həyatını müzakirə etmək bizə yaraşmaz. Rəsulzadə kimi adamlar hər zaman bizim tariximizdə qalacaqdır. Hesab edirəm ki, tarixi şəxsiyyətlərin ətrafında həyata keçirilən təxribatlar yolverilməzdir”.

Aydın Abbasov özünün Gəncədə biznes fəaliyyəti göstərmədiyini desə də, əmisinin şəhərdəki iş adamlarından biri olduğunu qeyd edib. Bununla yanaşı, əmisinə maneçilik törədilə biləcəyi ehtimalına toxunarkən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə də üstüörtülü mesaj göndərib: “Əmimə fəaliyyəti ilə bağlı heç bir maneçilik göstərilmir. Kim göstərə bilər ki? Əgər belə olarsa, bu iş birbaşa Prezidentin tapşırığlarına sayğısızlıq olar. Prezident İlham Əliyev dəfələrlə sahibkarlara necə diqqət göstərmək lazım olduğunu deyib. Sahibkarlara qarşı maneçiliklər Azərbaycanın prezidentinin fəaliyyətinə kölgə sala bilər”. (BakiPost.az)

 






Fikirlər