Məşhur Leyla Şıxlinskayanın 30 minlik brilliantı oğurlandı

Картинки по запросу leyla şıxlinskaya

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, 1955-ci il təvəllüdlü Leyla Fərruxovna Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilliant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qafqazinfo” dəqiqləşdirib ki, dələduzluğa məruz qalan qadın məhz eyniadlı klinikanın rəhbəri, məşhur baş həkim Leyla Şıxlinskayadır. O, hüquq-mühafizə orqanlarına müraciət edərək üzüyünün əlindən alındığını bildirib. 






Fikirlər