06.08.2014- Bu günün hava proqnozu

06.08.2014- Bu günün hava proqnozuAvqustun 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 22-26°, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 32-37°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Avqustun 6-dan həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb, şimal küləyinin saniyədə 15-20 metr, avqustun 7-də gün ərzində və 8-də axşamadək arabir saniyədə 23-25 metrədək güclənəcəyi gözlənilir.






Fikirlər