Azərbaycanlı jurnalist Tiflisdə yoxa çıxdı - Polis AXTARIR

 
Gürcüstanda mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da günün 2-ci yarısından yoxa çıxıb.
AzerTaym.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb. 
Onun sözlərinə görə, Ə.Muxtarlı ilə əlaqə saxlamaq mümkünsüzdür. Hazırda jurnalistin axtarışları davam edir və bu barədə polisə də müraciət olunub.
 

 






Fikirlər