26.09.2014 - Bu gün leysan yağacaq

26.09.2014 - Bu gün leysan yağacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 16-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında Böyük Qafqazın bəzi ərazilərində, eyni zamanda Lənkəran-Astara zonasında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 26-28-də Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.






Fikirlər