03.10.2014 - Hava buludlu olacaq

03.10.2014 - Hava buludlu olacaqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Gündüz mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 03-05-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.






Fikirlər