NAİLİN QƏZA VİDEOSUNU KİM GİZLƏDİB?! – DYP-dəki adamın ADI AÇIQLANDI

Image result for NAİLİN adı açıqlandı

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəzadan sonra qalmaqallı açıqlamalar verən və onları müdafiə edən deputat Astan Şahverdiyevin qohumları ilə bağlı ilginc məlumatlar yayılıb.

AzerTaym.az avropa.info-ya istinadla xəbər verir ki, Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.

Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi.

astan eli

Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir.

Xatırladaq ki, BakuPost.az bir müddət əvvəl Astan Şahverdiyevin Əli Həsnovu müdafiə etməsinin səbəbləriylə bağlı məlumat dərc etmişdi. Xəbərdə bildirilirdi ki, A. Şahverdiyev “Qaçqınkom” sədrinin həmyerlisi olmaqla yanaşı, həm də yaxın qohumudur. Onların Cəbrayıl rayonunda yaşadıqları vaxtdan isti münasibətləri olduğu, əlaqələrinin indiyə kimi davam etdiyi qeyd edilir. Bəzi mənbələr Əli Həsənovun Astan Şahverdiyevin bibisi oğlu olduğunu da bildirir.

Məlumata görə, onların ailəvi münasibətlərinin uzun illər davam etməsinin səbəblərindən biri də xanımları – Ə. Həsənovun həyat yoldaşı Çimnaz Həsənovayla A. Şahverdiyevin xanımı Solmaz Şahverdiyevanın yaxın rəfiqə olmasıdır. Sözügedən materialı aşağıdakı linkdən oxuya bilərsiniz:

 






Fikirlər