Qəbələdə dağlıq ərazidə yanğın BAŞLAYIB

Related image

 Qəbələdə yüksək dağlıq ərazidə yerləşən Abrıx kəndi ərazisində yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın 1.5 hektar ərazini əhatə edib.
Hazırda nazirliyin və ətraf rayonların Meşə Mühafizəsi Bərpası Müəssisələrinin əməkdaşları Yanğından Mühafizə Xidməti ilə birlikdə alovun qarşısını almağa çalışırlar. Dağlıq şərait, havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Yaxın dəqiqələrdə yanğının söndürülməsinə helikopterlər cəlb olunacaq.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə yerinə çatıb və söndürmə işlərinə başlanılıb.






Fikirlər