SABİQ deputat dünyasını DƏYİŞDİ (FOTO)

Sabiq deputat dünyasını dəyişdi (FOTO)

Azərbaycanda sabiq deputat dünyasını dəyişib.
AzerTaym a24.az-a istinadən xəbər verir ki, Bilal Baxşalı oğlu Mahmudov ötən gün günorta saatlarında, 89 yaşında qəflətən vəfat edib.
Xatırladaq ki, Bilal Mahmudov 05 may 1929-cu ildə Tərtər rayonunda anadan olub. O, uzun müddət partiya dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə, Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və həmçinin Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib, eləcə də IX və X çağırışlar üzrə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub.
Allah rəhmət eləsin!






Fikirlər