“SKY NEWS” SURİYADAKI KİMYƏVİ HÜCUMUN MƏNASIZ olduğunu deyən EKSRERTLƏ CANLI yayımı kəsib – VİDEO

Britaniyanın “Sky News” telekanalının aparıcısı Krallıq Silahlı Qüvvələrinin İraqdakı bölmələrinin sabiq komandanı istefada olan general Conatan Şou ilə canlı yayımı o, Duma şəhərində ehtimal edilən kimyəvi hücumun Suriya hakimiyyəti üçün mənasız olması barədə danışmağa başlayan zaman kəsib.

“Report” xəbər verir ki, Şou canlı yayımda çıxışı zamanı bildirib ki, qələbə qazanmaqda olan Suriya hökuməti üçün hazırkı vəziyyətdə kimyəvi silahdan istifadə etməyin heç bir mənası yoxdur.

“Güman edirəm ki, biz nəyisə diqqətdən qaçırırıq…və məhz Suriyanı bu vədədə və bu yerdə kimyəvi hücuma hansı motiv sövq edə bilər. Suriyalılar axı qələbə qazanırlar”, – deyə o bildirib və əlavə edib ki, bu barədə, xüsusilə də, amerikalı hərbçilər danışırlar.

O deyib ki, hətta ABŞ prezidenti Donald Tramp “Twitter”də terrorçular üzərində tezliklə qələbə qazanılacağı və amerikalıların Suriyanı tərk edəcəyi barədə yazıb.

“Və birdən biz kimyəvi hücum xəbərini alırıq”, – deyə ekspert sözünə davam etmək istəyib.

Bu zaman aparıcı gözlənilmədən hərbçinin sözlərini kəsib və fikrini tamamlamasına imkan verməyib.

“Üzr istəyirik, çox təəssüf ki, bizi uzun müddət gözlədiniz, amma yayımı dayandırmalıyıq. Çox təəssüf edirik”, – deyə aparıcı bildirib və ardınca hərbçi ilə əlaqə kəsilib.

 

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi