BAYTARLIQ XİDMƏTİNƏ YENİ MÜAVİN TƏYİN EDİLDİ

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini vəzifəsinə yeni təyinat olub.

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə bu vəzifəyə Xudayət Həsənli təyin edilib.
DBNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.
Qeyd edək ki, X. Həsənli Müəllif Hüquqları Agentliyi (MHA) hüquq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi müdirinin müavini vəzifələrində çalışıb.






Fikirlər