Sinoptiklərdən XƏBƏRDARLIQ - YENİLƏNİB

Sinoptiklərdən XƏBƏRDARLIQ - YENİLƏNİBSabah Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə,
aprelin 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.


Havanın temperaturunun gecə 5-8, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Aprelıin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Aprelin 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan sinoptikləri hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıblar.

Xəbərdarlıqda deyilir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur
.






Fikirlər