Rus hərbi gəmiləri Bakı limanına girir...

Rus hərbi gəmiləri Bakı limanına girir...Rusiyanın Xəzərdə "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk" və "Mahaçqala" kiçik raket və artilleriya gəmilərinin ekipajı Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri (HDQ) ilə təlimlərə hazırlaşmağa başlayıb.

"AzerTaym.az"-ın "Trend"-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Cənub Dairəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, ekipajlar hazırlıq prosesində müxtəlif mövzuda gəmi təlimlər keçirəcəklər. Hərbi xidmət tapşırıqlarının yerinə yetirilməsi zamanı Rusiya HDQ-nin gəmiləri iyunda Bakı və Aktau limanlarına daxil olacaqlar.






Fikirlər