TƏRTƏR-AĞDƏRƏ istiqamətində partlayış, 3 erməni HƏRBİÇİNİN ÖLÜMÜ

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis xidmətinin rəisi olmuş mayor E.Qriqoryan (bu ilin fevralında xidmətdən uzaqlaşdırılıb) 3 hərbçinin ölümünə, birinin ağır yaralanmasına səbəb olan xidməti yarıtmazlıqda ittiham olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsi mayora əsgərlərin ölümü ilə bağlı cinayət işi çərçivəsində rəsmi ittiham elan edib.

Həmin insident ötən il noyabrın 21-də təmas xəttinin Tərtər-Ağdərə istiqamətində baş vermişdi. Döyüş postunda mühəndis işləri zamanı tank əleyhinə mina partlayıb və leytenant Geqam Zəkəryan, sıravilər Sərkis Abramyan və Sərkis Melikyan aldıqları xəsarətlərdən ölüblər. Daha bir sıravi əsgər ağır yaralanıb.

İlkin təhqiqat müəyyən edib ki, minatəmizləyənlərin qrupuna mayor Qriqoryan rəhbərlik edib. O, öz xidməti vəzifələrinə səhlənkar yanaşıb və nəticədə minaların təmizlənməsi işi lazımi səviyyədə aparılmayıb. Məlum olub ki, mühəndis işləri zəruri hazırlıq olmadan aparılıb. Persona mina-partlayıcı vasitələrin maddi hissəsinə malik olmayıb, təhlükəsizlik qaydaları ilə tanış edilməyib və minaların basdırılması, çıxarılması üzrə praktiki vərdişlərə malik olmayıb.

Belə ki, tank əleyhinə minalar əllə, ucu iti lapatka ilə çıxarılıb, onları əllə daşıyıblar. Minalanmış sahəyə baxış keçirilməyib, ancaq görünən minalar çıxarılıb. Torpaq altında qalan minalar elə orada da qalıb. Xüsusi texnikadan istifadə edilməyib. Nəticədə tank əleyhinə minalardan biri partlayıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi