Azərbaycanda QƏZET REDAKSİYASI QARƏT olundu

Mingəçevirdə qəzet redaksiyasından oğurluq olub.

AzerTaym.az Xezerxeber-ə isstinadən bildirir ki, qarətçilər pəncərəni sındıraraq ''Mingəçevir'' qəzetinin redaksiyasına daxil olublar.
İçəri daxil olan şəxs və ya şəxslər oradan 2 noutbuk götürüblər, 1 komputer prosesorunu isə yararsız vəziyyətə salıblar.
Ümumilikdə qəzetə 1800 manatdan artıq ziyan dəyib. Verilən məlumata görə, oğurlanan avadanlıqların yaddaşında qəzetə məxsus sənədlər, qəzetin növbəti nömrəsi üçün olan materiallar saxlanılıb. Hazırda redaksiyada iş prosesi dayanıb.
Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.






Fikirlər