Yunanıstanda dəhşətli yanğın:ölənlərin sayı 80 nəfəri keçib, yüzlərlə maşın kül olub - FOTOLAR

Yunanıstanın paytaxtı Afina yaxınlığında, Rafina və Penteli ətrafındakı meşə sahəsində başlayan yanğın artıq böyük ölçüdə nəzarətə alınıb, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu sözləri Afinanın şimal-şərqində yerləşən Rafina bölgəsinin bələdiyyə sədri Evangelos Bournous danışıb.

Onun sözlərinə görə, dəhşətli yanğın nəticəsində bəzi insanların evlərində və ya maşınlarında sıxışıb qalaraq, bəzilərinin yanğından qaçmaq üçün girdikləri dənizdə boğularaq həlak olublar.

Yaralananlar arasında 16 uşaq olduğu və 11 nəfərin vəziyyətinin kritik olduğu bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərin sayı 80 nəfəri keçib. Təhlükəsizlik orqanları itkin düşənlərlə bağlı daxil olan müraciətlərə görə ölü sayının daha da artacağından ehtiyat edir/Axar.az.






Fikirlər