NƏVƏLƏRİNİN GÖZÜ QARŞISINDA pişiyi parçalayıb "Sizi də belə edərəm" dedi - ŞOK

Nəvələrinin gözü qarşısında pişiyi parçalayıb "Sizi də belə edərəm" dedi - Şok

Evdəki pişiyi nəvələrinin gözü qarşısında parçalayıb "Sizi də belə edərəm" deyib hədələyib.

AzerTaym.az Big.az-a istinadən xəbər verir ki, Adanada 62 yaşlı Ali U. oğlu 38 yaşlı Məhmət U-nun həbsxanaya düşməsindən sonra evindən gəlini 36 yaşlı Zeytin U-nu və 4 nəvəsini çıxarmaq üçün onları hədələyib.

Ali U onları qorxutmaq üçün evdə bəslədikləri pişiyi vəhşicəsinə parçalayıb.
Belə ki, 10 il bundan qabaq Məhmət U öz hesabına atasına aid torpaqla ev tikdirib. Zeytin ilə ailə qurduqdan sonra törətdiyi cinayətə görə həbsə düşüb. Bunu fürsət bilən Ali gəlinin evini gələrək evində oturduğu bu illərin kirayə pulunu tələb edib. Zeytin isə qaynatasının istəyini rədd edib. Bundan əsəbiləşən Ali evdəki pişiyi parçalayaraq "Sizi də də bu günə salaram" deyərək hədələyib.

Bu hadisədən sonra Zeytin qaynatasının onları hədələməsi ilə bağlı polisə müraciət edib. Bildirib ki, uşaqlar hər gecə yuxudan qışqırıb oyanırlar:

"Bizim can güvənliyimiz yoxdur. Ərim həbsdə olduğundan istifadə edib bizi hər gün ölümlə hədələyirlər. Bizi evdən çıxartmağa çalışırlar. Mənə bir şey olsa uşaqlarım sahibsiz qalacaq".

Uşaqlar polisə ifadəsində babalarının bu hərəkətinin onları qorxutduğunu və psixologiyalarına mənfi təsir göstərdiyini söyləyib.

Əli isə ifadəsində ona böhtan atıldığını, heç bir pişiyi parçalamadığını söyləyib: " Oğlum həbsə düşəndə gəlinimə bizim evə köçməsini bildirdim. 4 nəvəm mənim canımdır. Gəlinim özbaşına hərəkətlər edir. Bizə hər gün şər atır. Ona görə məcbur olub evimə kamera yerləşdirdim ki, onun yalan danışdığını sübut edə bilim".






Fikirlər