“TƏKCƏ YAXINLARI İLƏ YOX, hamı ilə görüşə bilir” – Hüseyn Abdullayevin vəkili

1444917560_quska-1 

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin sağlıq durumu yaxşıdır, o, təqsirləndirilən şəxs kimi bütün hüquqlarından istifadə edə bilir. 

Bu haqda “Yeni Müsavat”a onun vəkili Ruhid Əkbərov məlumat verib.

Vəkil deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkilinin şikayəti yoxdur: “Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur, qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur. Onun yaxınları ilə görüşür-görüşmür məsələsi ilə bağlı da deyirəm ki, qanun çərçivəsində bütün hüquqları qorunur. Görüş təkcə yaxın qohumlarla deyil, hamı ilə mümkündür”.

Vəkil müvəkkilinin ittihamla razılaşıb-razılaşmaması haqda suala “Bunlar istintaq sirridir, ona görə də Hüseyn Abdullayevin ittihamla bağlı mövqeyini açıqlaya bilmərik” deyə, cavab verib.

Vəkil bildirib ki, Hüseyn Abdullayevlə mütəmadi olaraq görüşür: “İstintaqın nə vaxt yekunklaşacağı ilə bağlı məlumat verə bilmərəm. İstintaq gedir, bitəndə bununla bağlı açıqlanma verəcəyik. Bu dəqiqə onun istintaqdan razı və ya narazı olmasını da deyə bilmərəm. Nə yeyib-içməsi ilə bağlı suala da cavab verə bilmərəm”.

 






Fikirlər