“KUBİNKA”da Hacı İbrahimin binası yanır – VİDEO

photo_256971535722745

Bakının “Kubinka” adlanan ərazisində 3 mərtəbəli yaşayış binasında yanğın olub.

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunun Sübhi Salayev küçəsində qeydə alınıb.

Yanğın ilk olaraq söküntü olan ərazidə başlayıb və daha sonra yaşayış binasına keçib. Hadisə nəticəsində binanın dam örtüyü və 3 mənzil yanıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısının alınması üçün tədbir görürlər.

Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanan tikilinin iş adamı İbrahim İbrahimova (Hacı İbrahim Nehrəmli) məxsus olduğu bildirilir.


 






Fikirlər