Nazirlik hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Image result for Nazirlik hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən daxil olan məlumata görə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənən cənub-qərb küləyi əsəcək.
Qeyd edək ki, sabahın hava proqnozuna əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
AzerTaym.az

 






Fikirlər