“Baku Bus”un 2 avtobusu TOQQUŞDU

“Baku Bus”un 2 avtobusu toqquşdu

Bu gün səhər saatlarında metronun Koroğlu stansiyasının yaxınlığında “Baku Bus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub.

Bu barədə AzerTaym-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O qeyd edib ki, “Baku Bus” MMC-yə məxsus 1 nömrəli xətt üzrə hərəkət edən marşrut 13 nömrəli marşruta çırpılıb: “Hadisə zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. Hər iki avtobusa isə ziyan dəyib”.






Fikirlər