Azərbaycanda AVTOMOBİL YANDI, yolda TIXAC YARANDI- FOTO

Azərbaycanda avtomobil yandı, yolda tıxac yarandı - FOTO

Zaqatala rayonunda avtomobil yanZaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb.

Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Mahir İsmayıl oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı 90 UP 119 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrikində yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı magistral yolda qısamüddətli tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. (report) 

Faktla bağlı araşdırma aparılır. (repor






Fikirlər