SALYANDA velosipedçini MAŞIN VURDU

Salyanda velosipedçini maşın vurdu

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu “VAZ-2106” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl də Salyanda velosipdçini maşın vurmuşdu. (report)






Fikirlər