Azərbaycanda POLİS özünü GÜLLƏLƏDİ...

Azərbaycanda polis özünü güllələdi

Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

 "AzerTaym.az" oxu.az-a istinadən bildirir ki, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına güllə ilə atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.

Sayt qeyd edir ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.

İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Image result for Azərbaycanda polis özünü güllələdi






Fikirlər