Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi AÇIQLADI

Məktəblilərin tətil günləri nə vaxtdır?

Təhsil Nazirliyi Yeni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.

"AzerTaym.az" bildirir ki, məlumatda bildirilir ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

Təhsil Nazirliyi bildirir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.






Fikirlər