DİN-in işçisi hərbi hissədə öldü

DİN-in işçisi hərbi hissədə öldüDaxili İşlər Nazirliyinin işçisi sərhəd qoşunlarının hərbi hissəsində aldığı xəsarətdən vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Vəfa Əliyeva hüquq-mühafizə orqanlarına məlumat verib. O bildirib ki, əri 1972-ci il təvəllüdlü Rauf Əliyev Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal idarəsində fəhlə işləyirmiş.
R.Əliyev Novxanı qəsəbəsində yerləşən sərhəd qoşunlarının hərbi hissəsində işləyərkən yıxılıb. Qapalı kəllə-beyin travması və baş beyin sirkələnməsi ilə xəstəxanaya yerləşdirilib. DİN-in fəhləsi yerləşdirildiyi xəstəxanada vəfat edib.






Fikirlər