NƏRİMANOV rayonunda dezinfeksiya tədbirləri DAVAM edir- FOTOLAR

 Ölkə ərazisində koronovirusa (COVİD-19) qarşı aparılan mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nərimanov rayonunda təxirəsalınmaz tədbirlər davam etdirilir.

"AzerTaym.az"-a qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,rayonun küçə və prospektlərin səkiləri, binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftləri təsirli kimyəvi vasitələrlə koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir.   

Proses bütün rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.

Eyni zamanda Rayon İcra Hakimiyyəti müəyyən olunmuş yaşlı, ehtiyacı olan, tənha vətəndaşlara yardımları davam etdirir. Bu kateqoriyadan olan vətəndaşlara ərzaq yardımları göstərilir və digər problemlərinin həll olunması istiqamətində işlər görülür.






Fikirlər