“Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcəklər” - Əhməd İsmayılov

“Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcəklər” - Əhməd İsmayılov

“Media subyektlərinin reyestrə müraciət etməsi üçün düşünmürəm ki, az müddət qalıb”.

  

  Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, hələ xeyli vaxt var:

“Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Media Reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcəklər. Onların fəaliyyətlərini davam etdirmələri, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq”.






Fikirlər