Mixael Şumaxer 45 yaşını komada qeyd edir

Formula-1 pilotunun pərəstişkarları qırmızı geyinərək xəstəxananın önünə toplaşıblar
Mixael Şumaxer 45 yaşını komada qeyd edir
Formula-1 üzrə 7-qat dünya çempionu Mixael Şumaxer bu gün 45 yaşını qeyd edir.
Azertaym.az-ın verdiyi məlumata görə, bu informasiyanı Associated Press yayıb. Məşhur pilot yeni ili komada qarşıladığı kimi, doğum gününü də xəstəxanada koma vəziyyətində qeyd edir. Fransada Alp dağlarında xizək sürərkən başından xəsarət alan Şumaxerin olduğu xəstəxananın önünə onun Fransa və İtaliyadan olan pərəstişkarları toplaşıblar. Pərəstişkarlar Mixael Şumaxerin tərkibində çıxış etdiyi Ferrari komandasına uyğun olaraq qırmızı rəngli geyim geyiniblər və pilota hörmət və onunla həmrəylik əlaməti olaraq, klubun bayrağını qaldırıblar.

Şumaxerin ailəsi də dəstəyə görə pərəstişkarlara minnətdarlığını bildirib. «Biz hamımız bilirik ki, o, bir döyüşçüdür və heç vaxt təslim olmayacaq» - ailəsinin Şumaxerin rəsmi internet səhifəsində yerləşdirdiyi ismarıcda belə deyilir.

Mixael Şumaxerin vəziyyətinə gəldikdə isə, həkimlər zərbə nəticəsində beyinə qan sızmasının baş verdiyini bildirirlər. Süni koma vəziyyətində olan pilot artıq 2 dəfə əməliyyat edilib və onun vəziyyəti nisbətən stabilləşib.






Fikirlər