Bulud, çiskin, yağış – HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 29-a hava proqnozunu açıqlayıb.  Azərtaym.az-ın məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.






Fikirlər