Zavoddakı partlayışda ölən və yaralıların adları açıqlandı - Yeniləndi

Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

“Azəryem Sənaye” MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerində keçinib.
Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 Balakən rayonunda zavodda partlayış hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirirliyindən Azərtaym.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”-yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində yanğın baş verməyib.
Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır.






Fikirlər