⚏Kriminal Xətaidə məmur vandalizmi - FOTO/VİDEO

Fevralın 16-da qafqaznews.az saytında “Yasamalın icra başçısı İbrahim Mehdiyev başqa rayonlarda obyekt sökdürür? – QALMAQAL” adlı  yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki,  fevralın 11-də Xətai rayonu S.Vəzirov 11 ünvanında, “KAT” MTK şəhərciyində Xətai RİH-in əməkdaşları tərəfindən Sevinc Oqtay qızı Hacıyevaya məxsus avtomobillərə xidmət məntəqəsi (“moyka”) söküldü və yüngül konstruksiyalı tikilinin bütün avadanlıqları müsadirə edilərək aparılıb. Lakin Sevinc Hacıyevanın sözlərinə görə, bu söküntü işi ilə bağlı ona heç bir rəsmi sənəd göstərilməyib.

 

O, Qafqaznews.az-a bildirib ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib. “O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. O zaman biz bu obyekti inşa etdik, 40 min manata qədər vəsait xərclədik. Lakin təzə açılmışdı ki, Telman adlı şəxs (sakinlərlə söhbət zamanı onun “Təmiz Şəhər ASC-də işləyən Telman Teymurov olduğu, həmin vaxtlar bu şəhərcikdə yaşadığı məlum oldu – red.) dedi ki, “əgər “moyka” işlətmək istəyirsinizsə, ayda mənə 300 manat verəcəksiniz, mən də “yuxarı”lara verəcəyəm”. Sonra Telman guya “sakinlərə narahatlıq” bəhanəsi ilə qapı-qapı düşüb imza topladı, bu ərizə RİH-ə getdi. Hətta bəzi əcnəbi vətəndaşlardan da imza almışdılar.

Əksər qonşular sonra dedilər ki, “biz nəyə imza atdığımızı bilmirdik, bizə burda abadlaşdırma və yaşıllaşdırma olacağını deyiblər”. Beləliklə, bir neçə il əvvəl obyekt söküldü. 2015-ci il iyul tarixində Xətai Rayon Məhkəməsi bizim həmin ərazidə yüngül konstruksiyalı məntəqə açmağımıza icazə verdi, bu işin icrasına nəzarət isə Ədliyyə Nazirliyi Xətai Rayon İcra Şöbəsinin icraçısı Rüstəm İbrahimova tapşırıldı. O bizə dedi ki, narahat olmayın, yenə sökməyə gəlsələr, mənə bildirin. Bundan 15 gün əvvəl R.İbrahimovun nəzarəti ilə həmin “moyka”nı bərpa etdik. Lakin fevralın 11-də Xətai RİH-dən gəlib heç bir sənəd göstərmədən sökdülər.

İcraçıya zəng etdim, dedi mənim bu məsələdə işim bitib, siz 102-yə yığın. Sahə inspektoru Valeh Səfərli isə gəldi, həmin adamlarla dedi-güldü, zarafatlaşıb getdi. Daha sonra adı Füzuli olan RİH əməkdaşı mənə dedi ki, “RİH-in memarı Vadim müəllimlə danışın, o desə, söküntü dayanar”. Mən getdim Vadim müəllimlə görüşdüm (Vadim Surxayev – red.), o isə bildirdi ki, “siz yenidən icazə almalısınız”.moyka8

Beləliklə, bu məsələdə biz tək qaldıq. Vəkilim sənədləri hazırlayıb, prokurorluğa və məhkəməyə müraciət edəcəyik”. Məqalədə əlavə olunur ki, sakinlər bu obyektin Yasamal RİH baççısı İbrahim Mehdiyevin sifarişi ilə söküldüyünü deyiblər: “Məlum oldu ki, Xətai RİH-in sabiq icra başçısı, hazırda Yasamalın icra başçısı olan İbrahim Mehdiyev bu şəhərcikdə (S.Vəzirov 11H, mənzil 13-14) yaşayır, iki mənzili alıb birləşdirib. Və “moyka”nın sökülməsində də məhz İbrahim Mehdiyevin rolunun olduğu deyilir. Sakinlərin sözlərinə görə, Telman adlı şəxslə İbrahim müəllimin yaxın münasibəti olub. “Obyektin birinci dəfə sökülməsi də məhz İbrahim Mehdiyevin sifarişi ilə olmuşdu, bunu özü də dəfələrlə sakinlər arasında etiraf edib. On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi”, – deyə sakinlərdən biri qeyd edib.
moyka3

Həqiqətənmi, Xətai Rayon İcra Hakimiyyəti məhkəmənin qərarına məhəl qoymaıb? Xətai rayonun 4-cü dairəsi üzrə nümayəndəsinin müavini Həsən Rzayev bildirib ki, bu obyekt mövcud qanunvericiliyə əsasən dağıdılıb. “Onun (Sevinc Hacıyevanın – red.) bu müəssisəsinin tikintisi üçün müvafiq sənədləri olmayıb”, – deyə H.Rzayev qeyd edib. H.Rzayevin sözlərinə görə, RİH nümayəndələri iki həftə ərzində S.Hacıyevadan lazımi sənədləri təqdim etməyi xahiş ediblər: “Lakin biz hələ də cavab ala bilməmişik”.

“Sevinc Hacıyeva iddia edir ki, onun Xətai RİH-dən və Xətai Rayon Məhkəməsindən qərarı var”, – deyə əməkdaşımız qeyd edib. “Əgər məhkəmənin belə bir qərarı varsa, söküntü qanunsuz olaraq həyata keçirilib”, – deyə icra nümayəndəsinin müavini əlavə edib. Biz S.Hacıyevadan müvafiq sənədləri təqdim etməyi xahiş etdik. O, bizə Xətai Rayon Məhkəməsinin 13 iyul 2015 tarixli qərarını təqdim etdi.skachanny-e-fajly-1-121

Qərarda bildirilir ki, Xətai RİH-in 9 mart 2003-cü il tarixli sərəncamı ilə, “KAT” MTK-ya S.Vəzirov 11 ünvanında avtomobillərə texniki xidmət inşası üçün şərait yaratmaq həvalə olunur. Məsələ ilə bağlı saytımıza danışan hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqları Mərkəzinin rəhbəri Novella Cəfəroğlu bildirib ki, vətəndaşın hüquqlarını pozanlar qanun qarşısında cavab verməlidirlər. “Məhkəmənin qərarını pozan Xətai rayon rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır”, – deyə hüquq müdafiəçisi əlavə edib.

 


 

1 (4)1 (3)1 (2)1 (1)1 (6)1 (10)moyka4Moyka1Moyka21IMG_1081IMG_1079IMG_1078IMG_1076IMG_1074

Paylaşın






Fikirlər