YAP üzvü KƏRƏM Həsənovdan prezidentə ŞİKAYƏT etdi

Sumqayıt şəhər sakini, Qarabağ və Əfqanıstan müharibəsi veteranı, YAP üzvü Arif Quliyev əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdan şikayətçidir.

Arif Quliyev qəzetimizə bildirib ki, 4 aydır Kərəm Həsənov və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri ona qarşı haqsızlıq edir:

“Saray qəsəbəsində 3 sot torpaq sahəsi almışam. Bütün sənədləri qaydasındadır, hətta mülk kağızım da var. Lakin məsələ burasındadır ki, torpaq sahəsi aldığım ərazidə məndən başqa 13 nəfər də torpaq alıb. Onların da əllərində mülk kağızı var. Indi mübahisə yaranıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gəlib torpaq sahələrini ölçüb mübahisəyə son qoymalıdır. 4 aydır ki, biz Kərəm Həsənovun rəhbərlik etdiyi bu komitəyə müraciət edirik. Onlar isə bizi göndəriblər Abşeron Rayon Layihə Idarəsinə. Oradan isə bizə deyiblər ki, gedin reyestr xidmətinə. Onlar da deyir ki, bu iş bizlik deyil. Indi biz nə edək, hara müraciət edək?

Mən Qarabağ uğrunda, Azərbaycanın bütövlüyü uğrunda döyüşmüşəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının katibiyəm. Qardaşım Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Biz torpaq uğrunda ona görə vuruşmuşuq ki, halal pulumuzla aldığımız torpağı əlimizdən alsınlar?! Cənab prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu müraciətimə diqqət ayırasınız. Siz dəfələrlə bəyan etmisiniz ki, məmurlar vətəndaşları incitməməlidir. Amma bu məmurlar nəinki sıravi vətəndaşları, hətta Qarabağ veteranını, şəhid qardaşını da incidirlər. Biz Kərəm Həsənovdan pul, villa, ev, maşın istəmirik. Xahişimiz odur ki, Kərəm Həsənov vəzifəsini yerinə yetirsin”.

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi