Zabit SƏMƏDOV Qarabağda döyüşmək üçün BAKIYA gəldi

Dünya şöhrətli boksçumuz Zabit Səmədov Qarabağda döyüşmək üçün Bakıya gəlib. O, bu barədə rəsmi "Facebook" səhifəsində yazıb. 

Zabit Səmədov Qarabağ uğrunda döyüşməyə hazır olduğunu bildirib: “Cəbhədə baş verənləri eşidən kimi Bakıya gəldim. Torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram. Amma mənə dedilər ki, hələlik buna ehtiyac yoxdur, ordumuz öhdəsindən gəlir. Neçə gündür gözləyirəm. Ehtiyac olsa, döyüşə hazıram”.






Fikirlər