28.03.2014. - Saqqalını karyerasından üstün tutdu

28.03.2014. -  Saqqalını karyerasından üstün tutduAvropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə güləş üzrə milli komandadan uzaqlaşdırıldığı barədə məlumat vermişdik.
Belə ki,bu günədək dəfələrcə İdmançıdan saqqalını qırxmağı tələb edirdilər.


Bu məsələ idman ictimaiyyəti arasında böyük ajiotaj doğurdu. Sonradan Azərbaycan Güləş Federasiyasından bildirdilər ki, məsələ həll olunub, idmançı saqqalı da güləşə bilər.

AzerTaym.az bildirir ki,problem həll olunmayıb və güləşçi karyerasını bitirmək qərarına gəlib.

Məlumatı Elçin Əliyevin özü də təsdiqləyib.

“Karyeramı başa vurmaq qərarına gəldim. Qərarım qətidir. İdmandan ayrılmağım əsasən şəxsi həyatımla bağlıdır. Buna görə bu barədə çox danışmaq istəmirəm.
Amma bir səbəb də FİLA-nın qərarıdır. FİLA-dan yerli federasiyaya bildirildi ki, saqqallı güləşmək olmaz.
Mən yenə də saqqalımı qırxmayacağımı bildirdim və karyeramı başa vurmaq qərarına gəldim. Bir sözlə, məni heç kim incitmədi, təzyiqlər olmadı. Hətta federasiyadan da qalmağımı istəyirdilər. Saqqalı güləşməyə FİLA icazə vermədi. Mən də dedim ki, artıq karyeramı bitirmək vaxtı gəlib”.


İdmançı bundan sonra nə işlə məşğul olacağı barədə də məlumat verib:
“Məşqçi kimi fəaliyyət göstərmək istəmirəm. Çünki güləş aləmindən tamamilə uzaqlaşmaqda israrlıyam. Başqa işlə məşğul olacam”.






Fikirlər