06.04.2014. - Messi qələbə şərəfinə evində kabab qonaqlığı verdi

06.04.2014. -  Messi qələbə şərəfinə evində kabab qonaqlığı verdiŞənbə günü "Nou Kamp"da "Betis"ə 3-1 hesabı ilə qalib gəldikdən sonra kefi ala buluda çıxan "Barselona"nın forvardı Lionel Messi öz evində argentina üsulu barbekü təşkil edib.

Gözəl havadan yararlanan Messi Xavyer Maskerano, Xose Manuel Pinto və komandanın baş məşqçisi Tata Martinonu da evinə, kabab yeməyə dəvət edib.

Milli.az "Mundo Deportivo"ya istinadən bildirir ki, eyni kabab qonaqlığını Tata bir ay əvvəl öz evində təşkil etmiş və bütün komandanı dəvət etmişdi.






Fikirlər