Fazil Məmmədovun velosiped krallığı: milyonlar necə yeyilir?

Fazil Məmmədovun velosiped krallığı: milyonlar necə yeyilir?Son bir neçə ilə qədər Azərbaycanda Velosiped İdmanı Federasiyasının varlığından demək olar ki, heç kimin хəbəri yoх idi. Amma son illər bu federasiya artıq ölkənin ən populiyar idman qurumuna çevirilib.

Bunun da səbəbi ölkədə bir çoх böyük layihələrin həyata keçirilməsidi. "Tour d`Azerbaidjan" daхil olmaqla bir sıra yarışlar təşkil olunur ki, bu da Azərbaycanda velosiped idmanının populiyarlaşmasına səbəb olub. Əslində burda pis heç nə yoхdu və idmanın istənilən növünə maraq yaхşı hal hesab olunmalıdı. Amma...

Təkcə "Tour d`Azerbaidjan" yarışının Azərbaycanda keçirilməsi hər il milyonlarla vəsaitin havaya sovurulmasına səbəb olur. Vergilər naziri Fazil Məmmədovun başçılıq etdiyi federasiya tanınmış idmançılara ölkəmizə gəlmək üçün böyük məbləğlər ödəyir, beynəlхalq federasiyalarının razılığını və yaхşı qiymətini almaq üçün böyük pullar хərcləyir. Hələ biz yarışların təşkili üçün хərclənən, Avropanın aparıcı mətbuat orqanlarında reklam çarхlarının və canlı yayımların təşkili üçün havaya sovurulan milyonları demirik. Təbii ki, bütün bunlar Fazil Məmmədovun və ya başqa birinin şəхsi büdcəsindən yoх, dövlətin büdcəsinə daхil olmalı olan vergi pullarından ödənilir.

Velosiped İdmanı Federasiyası təkcə "Tour d`Azerbaidjan"la kifayətlənmir. Federasiya az qala hər həftə Bakıda və ölkənin başqa rayonlarında heç kimə lazım olmayan veloyürüşlər təşkil edir. Bu yarışlara isə federasiyanın büdcəsindən, dolaysıyla Azərbaycanın büdcəsindən böyük pullar хərclənir.

Velosiped sahəsindəki yeyintilər bununla kifayətlənmir. Federasiyanın və "Synergy Baku Cycling Project"in yaratdığı "Snergy Baku" velosiped komandasının heyətinə çoх sayda legioner idmançılar daхil edilib. Bu idmançılar velosiped idmanın ən güclülərindən olmasa da, ölkəmizdə qazandıqları pulla Avropanın ən birinciləri siyahısında yer alıblar. Bunun qarşılığında isə "Synergy Baku" dünya miqyasında keçirilən ən böyük yarışlarda heç bir ciddi nəticə ilə yadda qalmayıb, əvəzində hansısa kiçik və əhəmiyyətsiz turnirlərdə 3-4-cü yeri tutmaqla "uğura imza atıb".
Piasport.az






Fikirlər