Daha bir təmsilçimiz UĞUR QAZANDI

Bu yaxınlarda Xorvatiyada karate üzrə 27-ci “Qran-Pri” turniri baş tutub. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız turniri 8 medalla başa vurub. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. 

Musavat.com-a verilən xəbərə görə, gənclər arasında millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Müseib Məmmədov üçün də bu yarış uğurlu olub.Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb.

M.Məmmədovu bu yarışa Cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.

Bu turnirdə fərqlənən idmançılar fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar.






Fikirlər