La Liqa Kataloniya derbisi ilə başlayır

La Liqa Kataloniya derbisi ilə başlayırBu gün İspaniya La Liqasında XVIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Günün ilk oyunu Kataloniya derbisi olacaq. "Espanyol" lider "Barselona"nı qəbul edəcək. Bir oyun az keçirməsinə baxmayaraq, turnir cədvəlinin ilk pillləsində qərarlaşmış Luis Enrikenin komandası derbidən qalib ayrılaraq, yerini möhkəmləndirmək arzusundadır.
 
Günün digər matçında isə turnir cədvəlinin ikincisi "Atletiko" "Levante" ilə oynayacaq. Dieqo Simeonenin yetirmələri "Barselona"dan geri qalmamaq üçün mütləq qalib gəlməlidirlər.
 
Turun qalan oyunları isə yanvarın 3-də keçiriləcək. Milli komandamızın üzvü Eddi İsrafilovun heyətində yer aldığı "Eybar" "Betis" səfərinə yollanacaq.
 
"Real" isə "Valensiya"ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
İspaniya La Liqası
XVIII tur
 
2 yanvar
19:00. "Espanyol" - "Barselona"
23:30. "Atletiko" - "Levante"
 
3 yanvar
01:05. "Malaqa" - "Selta Viqo"
15:00. "Rayo Valyekano" - "Real Sosyedad"
19:00. "Betis" - "Eybar"
19:00. "Qranada" - "Sevilya"
21:15. "Atletik" - "Las Palmas"
21:15. "Deportivo" - "Vilyareal"
23:30. "Valensiya" - "Real"
23:30. "Sportinq Xixon" - "Xetafe"
 






Fikirlər