“Mançester Yunayted” TRANSFERƏ HAZIRLAŞIR.

 

“Mançester Yunayted” klubu qış transfer bazarına 215 milyon funt sterlinq xərcləyəcəkİngiltərənin
“Mançester Yunayted” futbol klubunun rəhbərliyi qış transfer bazarında heyəti gücləndirməyə qərar verib.

XəzərXəbər “Daily Star” saytına istinadla xəbər verir ki, “Qırmızı şeytanlar” transfer bazarında 215 milyon funt sterlinq xərcləmək niyyətindədir. Eyniadlı şəhərin təmsilçiləri artıq dörd futbolçuya maraq göstərdiyini də gizlətməyib. Onlar arasında Madridin “Real” klubunun yarımmüdafiəçisi Qaret Beyl və Almaniyanın “Borussiya Dortmund” komandasının forvardı Pyer-Emerik Obameyanq da yer alır.

Bu arada “MY” rəhbərliyi Lui van Qalın gedişindən sonra Joze Mourinyonun birbaşa komandaya baş məşqçı kimi gətirilməsindən ehtiyatlanır. Bu səbəbdən klub bosları hazırda komandada baş məşqçi köməkçisi kimi çalışan uelsli Rayan Qıqqzə şans vermək istəyir.

Qeyd edək ki, Rayan Qiqqz İngiltərə Premyer liqasının 2013/2014-cü il futbol mövsümünün sonlarında klubda baş məşqçı qismində qısa müddətdə fəaliyyət göstərib.






Fikirlər