“COCA-COLA Azərbaycan”ın baş direktoru vəfat etdi - İDMAN zalında ölüm

 

“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib.

Azərtaym.az Strateq.az-a istinadən xəbər verir ki, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

Allah rəhmət eləsin!






Fikirlər