YUNAN-ROMA güləşi üzrə reytinq siyahısını açıqlandı - Güləşçimiz liderdir

Yunan-Roma güləşi üzrə reytinq siyahısını açıqlandı - Güləşçimiz liderdir

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi Yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

AzNews.az-ın Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır. 
59 kq- Rövşən Bayramov — 2-ci yer 
66 kq- Həsən Əliyev – 9-cu yer
71 kq- Rəsul Çunayev – 1-ci yer
75 kq- Elvin Mürsəliyev – 6-cı yer
80 kq- Rafiq Hüseynov – 5-ci yer
85 kq- Saman Təhmasibi – 5-ci yer
85kq- İslam Abbasov – 13-cü yer
98 kq- Şalva Qadabadze – 19-cu yer
130 kq- Sabah Şəriəti – 4-cü yer 
  






Fikirlər